Vüsal İsgəndərlinin komandası Superkuboku qazana bilməyib
Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniya Superkubokunda final matçına çıxıb.
Mediasport.az xəbər verir ki, 30 yaşlı vingerin formasını geyindiyi "Eqnatia" həlledici dueldə "Partizani" ilə qarşılaşıb.
Görüş "partizanlar"ın minimal hesablı qələbəsilə yekunlaşıb - 1:0.
Vüsal 82 dəqiqə meydanda olub. Komanda yoldaşı 72-ci dəqiqədən penaltini qola çevirə bilməyib.
Qeyd edək ki, İsgəndərlinin komandası 2022/2023-cü illər mövsümündə Albaniya kubokunun qalibi olub.