Daha iki boksçumuz 1/8 finala vəsiqə qazandı - Dünya Çempionatı
Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə Dünya çempionatı davam edir, bu gün daha 2 təmsilçimiz rinqə çıxacaq.
mediasport.az xəbər verir ki, yarışın dördüncü günündə də Azərbaycan millisinin 2 idmançısı mübarizəyə qoşulub.
Yığmamızın üzvü Tural Sarıyev (48 kq) debüt görüşünü Əl-Cəli Yoxuya (Trinidad və Tobaqo) qarşı keçirib. O, rəqibini 4:1 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb. T.Sarıyev mayın 8-də tailandlı Vuttiçai Yuraçaini sınağa çəkəcək.
Dünya çempionatının mükafatçısı Məhəmməd Abdullayev (+92 kq) startda Ernandes Kruzla (Meksika) üz-üzə gəlib. Rəqibinə 5:0 hesabı ilə qalib gələn boksçumuz 1/8 finala çıxıb. O, ikinci döyüşündə tanzaniyalı Aleks Sulva ilə üz-üzə gələcək. Görüş mayın 7-də baş tutacaq.
1/16 final
57 kq. Ümid Rüstəmov - Batuhan Çiftçi (Türkiyə)
90 kq. Murad Allahverdiyev - Nurbek Oralbey (Qazaxıstan)
Boksçularımızdan daha əvvəl Tural Sarıyev (48 kq), Tayfur Əliyev (60 kq), Mirşərif Kazımzadə (75 kq) və Məhəmməd Abdullayev (+91 kq) ilk döyüşlərində qələbə qazanıblar. Malik Həsənov (63,5 kq) Sərxan Əliyev (71 kq) və Eldar Quliyev (92 kq) isə start görüşündə məğlub olublar.
Mundialda 107 ölkədən 538 idmançı yarışır. DÇ-yə mayın 14-də yekun vurulacaq.