Millimizin üzvünün ilk məşqçisi bıçaqla qətlə yetirildi - FOTO
İkiqat Dünya və ikiqat Avropa çempionu, yunan-Roma yığmamızın lideri Eldəniz Əzizlinin ilk məşqçisi, Əməkdar məşqçi Kamil Fərzəliyev qətlə yetirilib.
mediasport.az xəbər verir ki, hadisə dekabrın 23-də Beyləqanda baş verib.
Mütəxəssis tanışı Rafiq Əliyev adlı şəxslə aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirilərək öldürülüb. Rafiq Əliyev şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə istintaq davam edir. Kamil Fərzəliyev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub.