Yeganə azərbaycanlı, Kurban Berdıyev və Santuş - REYTİNQ

Yeganə azərbaycanlı, Kurban Berdıyev və Santuş - REYTİNQ

Dünyanın ən yaxşı futbol məşqçilərinin yeni siyahısı tərtib olunub.

Mediasport.az xəbər verir, 500 mütəxəssisin yer aldığı cədvəldə yeganə azərbaycanlı Qurban Qurbanovdur.

"Qarabağ"ın çalışdırıcısı ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən 3 mütəxəssis də siyahıya düşüb.

Qurban Qurbanov 1658 xalla 140-cı pillədə qərarlaşıb.

"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev 1790 xalla 57-cidir.

Millimizin "sükan"çısı Fernandu Santuş 1624 xalla 183-cü, “Neftçi”dən ayrılan Roman Qriqorçuk isə 1480 xalla 414-cüdür.

Siyahıya 2239 xalla “Mançester Siti”nin baş məşqçisi Pep Quardiola başçılıq edir.

Antonio Konte ("Napoli") 2089 xalla ikinci, Unai Emeri ("Aston Villa") 2071 xalla üçüncü sırada dayanıb.