Zümrüd Ağayeva "Yuventus"un ÇL-də qrup oyununa təyinat aldı

Zümrüd Ağayeva "Yuventus"un ÇL-də qrup oyununa təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Mediasport.az xəbər verir ki, federasiya rəsmisi qadın futbolçular arasında UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Valerenqa" (Norveç) - "Yuventus" (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

9 oktyabrda Norveçin Oslo şəhərində yerləşən "Valerenqa" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.