"Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək"
"Sabah"ın yeni transferi İsak Belfodil klubun mətbuat xidmətinə açıqlama verib.
Mediasport.az xəbər verir ki, əlcəzairli hücumçu Masazır klubuna transfer edildiyi üçün şad olduğunu deyib.
"Burada olmaqdan çox şadam. Yeni klubumda ilk oyuna çıxacağım anı səbirsizliklə gözləyirəm. "Sabah" gənc klubdur. Burada əsas məqsədim klubun tarixi uğurlarında pay sahibi olmaqdır. Azarkeşlərimizə məni xoş qarşıladıqlarına görə təşəkkür edirəm. İnşallah, mən və komanda var qüvvəmizlə çalışaraq əlimizdən gələni edəcəyik ki, onları müsbət nəticələrimizlə sevindirək".
Qeyd edək ki, "bayquşlar" 31 yaşlı forvardla 2+1 illik müqavilə bağlayıblar.