AFFA prezidenti milli üzvləri və FİFA-nın baş katibi ilə görüşüb
AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb.
Mediasport.az xəbər verir ki, assosiasiya rəhbəri yığmanı UEFA Millətlər Liqasında uğurlu çıxış edərək qrupu lider tamamlaması, B Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib.
Ölkədə qadın futboluna göstərilən diqqətdən danışan Rövnəq Abdullayev milliyə gələcək oyunlarda uğurlar arzulayıb.
Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova yüksək diqqətə və qayğıya görə AFFA rəhbərliyinə təşəkkür edib. Millinin baş məqçisi Siyasət Əsgərov və kapitanı Sevinc Cəfərzadə çıxış edərək, növbəti oyunlarda da yaxşı nəticələr əldə etmək üçün böyük səylə hazırlaşacaqlarını deyiblər.
Daha sonra “Marriott Absheron” otelində Azərbaycanda səfərdə olan FİFA-nın baş katibi Fatma Somoura AFFA-nın, PFL-in, klubların qadın əməkdaşları və qadın futblçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.
Ardınca baş katib xanım əməkdaşlar və millimizin üzvlərinə liderlik mövzusunda seminar keçib.
İnteraktiv şəkildə təşkil olunan seminarda F.Samoura müxtəlif mövzularda ünvanlanan sualları cavablandırıb. Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasına gələcək oyunlarda uğurlar arzulayıb.