"Təcrübələrimi uşaqlarla bölüşməkdən çox məmnunam"
"Təcrübələrimi uşaqlarla bölüşməkdən çox məmnunam. Belə bir layihə təşkil edildiyi üçün təşəkkür edirəm".
Mediasport.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilmiş Açıq Avropa turnirində idman komissarı kimi fəaliyyət göstərməsi ilə bağlı danışarkən deyib.
Olimpiya çempionu bildirib ki, bu vəzifə onun üçün böyük məsuliyyət idi: “Bu, həm də Azərbaycanda cüdonun inkişafına dair bir göstəricidir. Ölkəmiz cüdoda təkcə idmançılarımızın nailiyyətləri ilə fərqlənmir, həmçinin hakimlərimiz və beynəlxalq yarışların təşkili ilə də özünü sübut edir. Təcrübəmə əsasən deyə bilərəm ki, Sarayevoda Açıq Avropa turnirinin uğurla keçirilməsi üçün əlimdən gələni etdim".
Qeyd edək ki, yarış 16-17 sentyabr tarixlərində təşkil edilib.