Gəncə klubunun yeni baş məşqçisi türkiyəli mütəxəssis oldu - RƏSMİ

Gəncə klubunun yeni baş məşqçisi türkiyəli mütəxəssis oldu - RƏSMİ

Türkiyəli mütəxəssis Halil Atlı "Gəncə" basketbol komandasının yeni baş məşqçisi təyin edilib.

Mediasport.az xəbər verir ki, onunla bir illik müqavilə imzalanıb.

37 yaşlı çalışdırıcı karyerası ərzində Türkiyənin aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, klublarda da çalışıb.

O, sonuncu iş yeri "Mersin MSK"də çempionluq yaşayaraq komandanın Superliqaya vəsiqə qazanmasını təmin edib.

Xatırladaq ki, Halil Atlı Gəncə təmsilçisində Bedri Meriçi əvəzləyib.