Yığmamızın üzvü Madriddəki Avropa çempionatında finişə 15-ci çatdı
Azərbaycan milli komandasının triatlonçusu Rostislav Pevtsov İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa çempionatında 15-ci olub.
mediasport.az xəbər verir ki, qitə birinciliyində iştirak edən 64 idmançının 39-u finişə çata bilib.
Təmsilçimiz məsafəni 1 saat 51 dəqiqə 9 saniyəyə qət edib. Qızıl medalı David Kastro (İspaniya) qazanıb. Conatan Braunli (Böyük Britaniya) gümüş, Adrien Briffod (İsveçrə) bürünc medalla kifayətlənib.