Cüdoçumuz Açıq Okeaniya turnirində qızıl medal qazanıb

Cüdoçumuz Açıq Okeaniya turnirində qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev Avstraliyanın Pert şəhərində keçirilən açıq Okeaniya turnirində qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Estoniya təmsilçisi Klen Kristofer Kalyulaidlə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Fətiyev yarışın qalibi olub.

Qeyd edək ki, ötən gün Aydan Vəliyeva (52 kq) bürünc medala sahib çıxıb.