Yığmamızın üzvü Almaniyada növbəti dəfə medal qazanıb

Yığmamızın üzvü Almaniyada növbəti dəfə medal qazanıb

Azərbaycan atıcısı Ruslan Lunyov Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirində növbəti dəfə fəxri kürsüyə qalxıb.

Mediasport/az xəbər verir ki, təmsilçimiz kişilər arasında 25 metr məsafəyə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda bürünc medalın sahibi olub.

Qeyd edək ki, daha öncə Nigar Nəsirova və Ruslan Lunyov tandemi 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə qarışıq komanda yarışında qızıl mükafata yiyələnib.