Kristiano Ronaldo əfsanəvi Romarionu da keçdi - SİYAHI
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 30 yaşdan sonra ən çox qol vuran futbolçuların siyahısını dərc edib.
Mediasport.az xəbər verir ki, sıralamada azı 250 dəfə fərqlənən futbolçular yer alıblar.
Əvvəlki cədvəllə müqayisədə lider dəyişib.
30 yaşını tamamladıqdan sonra 444-cü qolunu vuran Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo liderliyə yüksəlib.
39 yaşlı superulduz braziliya əfsanə Romarionu geridə qoyub.
Reytinq sıralamasında eyni sayda qolu olanlar arasında əsas üstünlük milli komandalarda fərqləənənlərə verilib.
Karyerasını davam etdirən daha bir məşhur sima - Lionel Messi 6-cı pillədə qərarlaşıb.
30 yaşdan sonra ən çox qol vuranlar
1. Kristiano Ronaldo, Portuqaliya - 444 qol
2. Romario, Braziliya – 441
3. Aleksandr Cüriç, Sinqapur – 430
4. Zlatan İbrahimoviç, İsveç – 341
5. Robert Levandovski, Polşa – 291
6. Lionel Messi, Argentina - 284