"Səbail" yalnız “Qarabağ” və “Turan Tovuz”dan geri qalır - STATİSTİKA

"Səbail" yalnız “Qarabağ” və “Turan Tovuz”dan geri qalır - STATİSTİKA

"Səbail" futbol klubu Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün 2-ci dövrəsinin statistik göstəriicilərini açıqlayıb.

Mediasport.az xəbər verir ki, "dənizçilər" geridə qalan 18 turda 7 qələbə, 5 heç-heçə və 6 məğlubiyyətə imza atıb və ilk dövrəni 26 xalla 5-ci pillədə başa vurublar.

Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev ümumilikdə 24 futbolçunun xidmətindən istifadə edib.

Müdafiəçi Yusif Nəbiyev, yarımmüdafiəçilər Valdemar Almeyda – Pana və Yadin Luqasi 18 oyunun hər birində meydana çıxan futbolçulardır.

"Səbail" 26 qol vurub, 27 top buraxıb. Komanda vurulan qol sayına görə yalnız “Qarabağ” və “Turan Tovuz”dan geri qalıb.

Ən məhsuldar futbolçu Aleksandr Ramalinqomdur. 18 turda 7 qol vuran madaqaskarlı forvard çempionatın bombardirlər siyahısında ikinci pillədə qərarlaşıb.

Yarımüdafiəçi Pedro Nuno isə 5 qolla Bayıl klubunun ən məhsuldar ikinci futbolçusudur.