"Futbolçularım yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər"
"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk matçı çərçivəsində sabah Sloveniyada "Olimpiya" ilə qarşılaşacaq.
mediasport.az xəbər verir ki, Ağdam klubu Lyüblyana şəhərində oyunqabağı məşqə çıxıb.
Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanoc görüşlə bağlı düşüncələrini bölüşüb.
Təcrübəli mütəxəssis maksimum güclə hazırlaşdıqlarını deyib: "Olimpiya" ilə oyuna hazırlaşmaq üçün bir neçə günümüz oldu. Çalışdıq ki, bu günlərdən düzgün istifadə edək. Futbolçularımın təcrübəsi yorğunluğu aradan qaldırmağa kömək edəcək, yaxşı oyun göstərmək üçün əllərindən gələni edəcəklər. Meydanda maraqlı mübarizə olacaq. "Olimpiya" yaxşı futbolçulardan ibarət komandadır. Rəqibdə bəzən sistem dəyişir. Onların meydanda hansı sistemdən istifadə edəcəyini görəcəyik".
Qeyd edək ki, "Olimpiya" - "Qarabağ" oyunu saat 22:00-da başlanacaq.