"Zəfər Kuboku" keçirilib
Noyabrın 6-dan 9-dək Gənclər və İdman Nazirliyinin və AFFA-nın dəstəyi, “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə 2015-ci il təvəllüdlü yeniyetmələr arasında “Zəfər Kuboku” futbol turniri keçirilib.
Mediasport.az xəbər verir ki, turnirin təşkilində məqsəd futbolçuların asudə vaxtlarının səmərəli keçirilməsi, oyun təcrübələrinin artırılması və vətənpərvərlik ruhlarının yüksəldilməsidir.
Turnirdə ümumilikdə 8 komanda (“Neftçi” , “Sabah” , “Səbail”, “Troya”, “Lamasiya”, “Qarabağ” , “Rofm” və “Rofm 2”) iştirak edib.
Finalda “Səbail”i 5:2 hesabı ilə məğlub edən “Sabah” komandası yarışın qalibi olub. Turnirin bürünc medalını isə “Lamasiya” komandasına 7:2 hesabı ilə qalib gələn “Qarabağ” qazanıb.
Qaliblər kubok və medallarla təltif ediliblər.