"Zirə" 2-ci liqa klubuna uduzdu
Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” Macarıstanın II liqa təmsilçisi “Şeged-Çanad”la yoxlama oyununda qüvvəsini sınayıb.
mediasport.az xəbər verir ki, Rəşad Sadıqovun komandası 1:3 hesabı ilə məğlub olub.
“Zirə”nin yeganə qolunu Toni Qomes vurub. Qəsəbə təmsilçisi günün ikinci, Antalya toplanışının isə son yoxlama görüşünü Serbiya klubu “Radniçki”yə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 16:30-da başlanacaq.