"Real"ın skautları Azərbaycan çempionunun oyununu izləyəcəklər

"Real"ın skautları Azərbaycan çempionunun oyununu izləyəcəklər

Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasının əsas mərhələsində ilk görüşünü "Tottenhem"ə qarşı keçirəcək.

Ağdam klubu sentyabrın 26-da "Tottenhem Hotspur Stadium"da meydana çıxacaq.

Bakı vaxtilə saat 23:00-da start götürəcək qarşılaşma dünya nəhəngi "Real" rəhbərliyinin maraq dairəsində olacaq.

Madrid klubunun seleksiyaçılar qrupu görüşü birbaşa London stadionundan izləyəcəklər.

İngilislərin 26 yaşlı müdafiəçisi Kristian Romeronu diqqətdə saxlayan "kral klubu"nun nümayəndələri argentinalı dünya çempionunun oyununu canlı seyr edəcəklər.

Mediasport.az