Ülvi Əliyev lisenziya alıb
İspaniyanın Malaqa şəhərində EJU ("European Judo Union" – Avropa Cüdo Birliyi) tərəfindən hakimlər üçün “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim adının alınması üçün imtahan keçirilib.
Mediasport.az xəbər verir ki, imtahanda Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvü Ülvi Əliyev də iştirak edib.
İlkin olaraq hakimlər nəzəri hissəyə aid 60 sualdan ibarət imtahandan keçiblər. Daha sonra, 14-15 oktyabrda keçirilən böyüklər arasında Avropa kubokunun görüşlərini idarə edərək praktiki imtahan veriblər.
Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Ülvi Əliyev “B” kateqoriyalı beynəlxalq hakimlik lisenziyasını əldə edib.