2 klubumuzun Avropa Kubokunda oyunlarının yeri və vaxtı dəqiqləşdi

2 klubumuzun Avropa Kubokunda oyunlarının yeri və vaxtı dəqiqləşdi

Qadın həndbolçular arasında Avropa Kubokunda iştirak edəcək “Azəryol” və “Kür”ün oyunlarının yeri və vaxtı dəqiqləşib.

Mediasport.az xəbər verir ki, hər iki təmsilçimiz mübarizəyə 2-ci mərhələdən başlayacaq.

“Azəryol”un Ukraynanın “Qaliçanka” klubu ilə hər iki matçı Bakıda təşkil olunacaq.

Oktyabrın 5-dəki görüşdə təmsilçimiz, ertəsi gün rəqib meydan sahibi sayılacaq. Hər iki qarşılaşma saat 17:00-da start götürəcək.

“Kür” “İonias”la hər iki matçı Yunanıstanda keçirəcək.

Oktyabrın 5-də və 6-da baş tutacaq oyunlar Afinada təşkil olunacaq. Mingəçevir klubunun meydan sahibi sayılacağı ilk matç Bakı vaxtı ilə 19:00-da, cavab qarşılaşması 17:30-a təyin edilib.

Turnirdəki digər təmsilçimiz “Qarabağ”ın “Differdanj”la (Lüksemburq) görüşlərinin vaxtı hələ dəqiqləşməyib.