2023-cü ildə bazar dəyəri ən çox artan futbolçular - SİYAHI

2023-cü ildə bazar dəyəri ən çox artan futbolçular - SİYAHI

Məşhur "Transfermarkt" portalı 2023-cü ildə bazar dəyərində ən çox artım müşahidə edilən futbolçuların adlarını açıqlayıb.

Mediasport.az xəbər verir ki, zirvədə Madrid "Real"ının ingiltərəli futbolçusu Çud Bellingem qərarlaşıb.

İkinci pillədə "Brayton"dan Evan Ferquson, üçüncü sırada isə "Barselona"dan Lamin Yamal yer alıb.

2023-cü ildə bazar dəyərində ən çox artım müşahidə edilən futbolçular:

1. Çud Bellingem ("Real") - 70 milyon avro artım

2. Evan Ferquson ("Brayton") - 64 milyon artım

3. Lamin Yamal ("Barselona") - 60 milyon artım

4. Uorren Zair-Emeri (PSJ) - 54 milyon artım

5. Xavi Simons ("Leypsiq") - 52 milyon artım

6. Moyses Kaysedo ("Çelsi") - 52 milyon artım

7. Rasmus Hoylund ("Mançester Yunayted") - 50 milyon artım

8. Takefuso Kubo ("Real Sosyedad") - 48 milyon artım

9. Jeremi Doku ("Mançester Siti") - 47 milyon artım

10. Levi Kolvill ("Çelsi") - 45 milyon artım