6 ildən sonra liqaya qayıtdılar
Futbol üzrə Almaniya Bundesliqasına vəsiqə qazanan ilk komanda müəyyənləşib.
mediasport.az xəbər verir ki, bu, yüksək liqaya 6 ildən sonra qayıdan "Darmştdat" komandasıdır.
Torsten Liberknextin baş məşqçisi olduğu kollektiv 2-ci Bundesliqanın 33-cü turu çərçivəsində doğma meydanda “Maqdeburq”a (1:0) qalib gəlməklə vəsiqəni təmin edib. "Darmştadt" aktivindəki 67 xalla sona 1 tur qalmış 3-cü pillədə qərarlaşan "Hamburq"u 7 xal qabaqlayır.