22 iyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü qeyd olunur - 148 il

22 iyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü qeyd olunur - 148 il

22 iyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü qeyd edilir. Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 148 il ötür.

Azərbaycan milli mətbuatının əsası 1875-ci ildə publisist, pedaqoq, maarifçi-demokrat, təbiətşünas, dramaturq və jurnalist Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzeti ilə qoyulub.

XIX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da məhz Azərbaycan milli maarifçilik hərəkatının banilərindən sayılan Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olub.

İlk qəzetimiz 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək 56 say işıq üzü görüb. Buna baxmayaraq, qəzet Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rol oynayıb.

Bayramımız mübarək, əziz həmkarlar!

MediaSport.az