25 ildən sonra Premyer Liqaya çıxdılar

25 ildən sonra Premyer Liqaya çıxdılar

Futbol üzrə Rusiya Birinci liqasında mövsümün sonuna 3 tur qalmış Premyer Liqaya vəsiqə qazanan ilk komanda müəyyənləşib.

mediasport.az xəbər verir ki, “Baltika” 25 illik Premyer Liqa həsrətinə son qoyub.

3-cü pillədə qərarlaşan "Alaniya"nın səfərdə "Akron"la qolsuz heç-heçə etməsi Kalininqrad təmsilçisinin Premyer Liqaya çıxışını tezləşdirib.

Aktivində 64 xal olan "Baltika" Premyer Liqada son dəfə 1998-ci ildə çıxış edib.