Çempionlar Liqasında 1/4 final: Bu gecə daha iki oyun keçiriləcək

Çempionlar Liqasında 1/4 final: Bu gecə daha iki oyun keçiriləcək

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin görüşləri davam edir.

Mediasport.az xəbər verir ki, günün matçları Madrid və Paris şəhərlərində baş tutacaq.

Ötən mövsümün finalçısı "İnter"i mübarizədən kənarlaşdıran "Atletiko" Almaniya "Borussiya"sı (Dortmund) ilə qarşılaşacaq.

Digər cütdə isə Fransada son illərin dəyişməz çempionu PSJ "Barselona"nı qonaq edəcək.

Xatırladaq ki, dünən baş tutan mərhələnin ilk iki oyununda "Real" (İspaniya) "Mançester Siti" (İngiltərə) ilə 3:3, "Arsenal" (İngiltərə) "Bayern"lə (Almaniya) 2:2 hesablı heç-heçə edib.

Çempionlar Liqası. 1/4 final. İlk oyunlar

10 aprel

"Atletiko" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

"Metropolitano" stadionu, 23:00.

PSJ (Fransa) - "Barselona" (İspaniya)

"Park De Prens" stadionu, 23:00.