Azərbaycan çempionatı başlanır: 16 klub çempionluğa oynayacaq

Azərbaycan çempionatı başlanır: 16 klub çempionluğa oynayacaq

Bu gün həndbol üzrə 31-ci Azərbaycan çempionatına start veriləcək.

Mediasport.az xəbər verir ki, çempionluq uğrunda ümumilikdə (kişi və qadın) 16 komanda mübarizə aparacaq.

Yeni mövsümün 1-ci turunun ilk oyun günündə 4 qarşılaşma keçiriləcək.

Turun digər qarşılaşmaları 14-15 sentyabrda baş tutacaq.

2024/2025 mövsümündə kişilərin yarışında "Azəryol", "Bakı", "Dinamo", "Gənclər Birliyi", "İdman Akademiyası", "Kür", "Təhsil", "Qarabağ" və U-17 Buta, qadınların turnirində "Azəryol", "Bakı", "Gənclər Birliyi", "İdman Akademiyası", "Kür", "Qarabağ" və "Təhsil" komandaları yarışacaqlar.

Həndbol üzrə 31-ci Azərbaycan çempionatı. 1-ci tur

12 sentyabr

Kişilərin mübarizəsi

11:00 "Gənclər Birliyi" - "Bakı"

"AHF Arena" İdman Kompleksi

13:00 "U-17 Buta" - "Dinamo"

"AHF Arena" İdman Kompleksi

18:30 "Təhsil" - "Azəryol"

"AHF Arena" İdman Kompleksi

Qadınların mübarizəsi

15:00 "İdman Akademiyası" - "Təhsil"

"AHF Arena" İdman Kompleksi