Yığma komandamız böyük hesabla məğlub olub - AÇ-2024

Yığma komandamız böyük hesabla məğlub olub - AÇ-2024

Qadın həndbolçulardan ibarət Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində mübarizəyə başlayıb.

Mediasport.az xəbər verir ki, yığmamız Skopyedə Şimali Makedoniyanın qonağı olub.

Görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 40:17.

Yımamız növbəti oyununu oktyabrın 14-də Bakı İdman Sarayında İspaniya, 2024-cü il fevralın 28-də isə Litvaya qarşı keçirəcək.