Avropa çempionatı: 4 boksçumuz 1/2-ə çıxıb "bürünc"ü təmin etdi

Avropa çempionatı: 4 boksçumuz 1/2-ə çıxıb "bürünc"ü təmin etdi

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşləri başa çatıb.

Federasiyadan mediasport.az saytına verilən məlumata görə, Azərbaycan millisinin daha 2 idmançısı yarımfinala vəsiqə əldə edib.

Şahin Aslanov (52 kq) ingiltərəli Bill Smitti mübarizədən kənarlaşdırıb. O, rəqibini 5:0 (30:27, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.

63 kq-da yarışan Adil Zalov isə 1/4-də Yan Mikuliçdən (Xorvatiya) üstün olub - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27).

Hər 2 boksçumuz yarımfinala yüksəlməklə minimum bürünc medalı qarantiləyib.

Bununla yarımfinala çıxan milli üzvlərimizin sayı 4-ə çatıb. Daha əvvəl İsmayıl Vəliyev (70 kq) və Səftər Məmmədzadə (90 kq) də 1/4 finalı uğurla keçib.