7 boksçumuz “Heydər Əliyev Kuboku-2024”də finala yüksəlib

7 boksçumuz “Heydər Əliyev Kuboku-2024”də finala yüksəlib

Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev Kuboku-2024” beynəlxalq turnirində finala yüksələn Azərbaycan idmançılarının sayı 7-yə çatıb.

Mediasport.az xəbər verir ki, yarışın dördüncü günündə üç çəkidə yarımfinal görüşləri baş tutub.

Həmçinin 1/4 final mərhələsinin qarşılaşmaları başa çatıb və son çəkidə yarımfinalçılar müəyyənləşib.

Yığmamızın üç üzvü yarımfinala, yeddi idmançısı isə finala vəsiqə əldə edib.

Boks Mərkəzində keçirilən ənənəvi turnirin beşinci günündə 18 görüş keçiriləcək.


1/4 final


60 kq

Vüsal Xəlilov (Azərbaycan) – Elgün Abbaslı (Azərbaycan) 5:0

Haqverdi Həsənov (Azərbaycan) – Turqay Rəhimli (Azərbaycan) 2:3

İslam Tağıyev (Azərbaycan) – Yerdavlet Şomeazakey (Qazaxıstan) 1:4

Akaki Basaria (Gürcüstan) – İslam Yermuhambet (Qazaxıstan) 4:1

63 kq

Kənan Aslanlı (Azərbaycan) – Zəkəriyyə Rəhimov (Azərbaycan) - birinci tam üstünlüklə qalib gəlib

Tamerlan Məmmədov (Azərbaycan) – Matvey Mikulski (Belarus) 1:4

Tahir Rəsulzadə (Azərbaycan) – Bibaris Aşırbay (Qazaxıstan) - ikinci tam üstünlüklə qalib gəlib

Nika Beriya (Gürcüstan) – Sultan Satbay (Qazaxıstan) 5:0


Yarımfinal


52 kq

Bağır Əmirxanlı (Azərbaycan) – Raul Heydərli (Azərbaycan) 5:0

Temirxan Jolmaxan (Qazaxıstan) – Əli Baxışov (Azərbaycan) 0:5

54 kq

Nurmuhammed Aldabergin (Qazaxıstan) – Sübhan Babayev (Azərbaycan) - ikinci tam üstünlüklə qalib gəlib

Giorgi Kilasonia (Gürcüstan) – Umar Madiminov (Qırğızıstan) 5:0

66 kq

Luka Mazanaşvili (Gürcüstan) – Adil Zalov (Azərbaycan) 0:4

Valeh Eyvazlı (Azərbaycan) – Raul Əsədullayev (Azərbaycan) 4:1

+ 80 kq

Məhəmməd Cəfərov (Azərbaycan) – Daniil Koşnev (Belarus) 3:2

Vladislav Samojonov (Qazaxıstan) – Səftər Məmmədzadə (Azərbaycan) 0:5