Millimizin 4 üzvü reytinqin yuxarı pillələrində qərarlaşıb - REYTİNQ

Millimizin 4 üzvü reytinqin yuxarı pillələrində qərarlaşıb - REYTİNQ

Beynəlxalq Cüdo Federasiyası (IJF) yeni reytinq siyahısını dərc edib.

mediasport.az xəbər verir ki, Azərbaycan millisinin cüdoçularından 4-ü ilk sıralarda yer alıb.

Hidayət Heydərov 6070 xalla 2-ci, Səid Mollayi 4664 ilə Zelim Kotsoyev 4421 xalla üçüncü, Məmmədəli Mehdiyev isə 4071 xal isə 4-cüdür.

Digər cüdoçularımızdan Balabəy Ağayev 3002 xalla 7-ci, Kəramət Hüseynov 2607 xalla 11-ci yerdə gedir. Orxan Səfərov 2751 xalla 10-cudur. Uşanqi Kokauri 14-cü, Rüstəm Orucov 15-ci sırada qərarlaşıb.