52 dəqiqə oynayan Ramil darmadağına üzülüb - VİDEO
Futbol üzrə Tailand Premyer Liqasında 14-cü tur başa çatıb.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Buriram Yunayted" səfərdə "Port"a böyükhesabla uduzub.
Şeydayev bu matça start heyətdə başlayıb, 52-ci dəqiqədə əvəzlənib.
Xatırladaq ki, "Buriram Yunayted" hazırda ölkə çempionatının turnir cədvəlində 21 xalla 4-cü pillədə qərarlaşıb.
Tailand Premyer Liqası. 14-cü tur
"Port" - "Buriram Yunayted" 4:1