6 tennisçimiz Qazaxıstana gedir
Stolüstü tennis üzrə Azərbaycan millisi daha bir beynəlxalq yarışda iştirak edəcək.
mediasport.az xəbər verir ki, komandamız Qazaxıstanın məşhur idmançısı Yermak Kitayevin xatirə turnirində iştirak edəcək.
Pavlodar şəhərində təşkil olunacaq yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Rza Mirzəyevin rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihad Məmmədov, İbrahim Ənsari, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Arzu Aslanova mübarizə aparacaq.
Yarışa oktyabrın 15-də start veriləcək və 3 gün davam edəcək.