Azərbaycan çempionatında bütün yarımfinalçılar müəyyənləşdi

Azərbaycan çempionatında bütün yarımfinalçılar müəyyənləşdi

Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub.

mediasport.az xəbər verir ki, 38 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın 5-ci günündə 21 döyüş baş tutub.

7 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra yarımfinalçıların adlarına aydınlıq gəlib. Mərhələ adlayan boksçular bununla da özləri üçün ən azı bürünc medalı özləri üçün təmin ediblər.

Yığmamızın aparıcı boksçularından Ruslan Qədirov, Tayfur Əliyev, Malik Həsənov və Məhəmməd Abdullayev yarımfinalda döyüşmək hüququ qazanıblar.

Bu gün yarımfinal döyüşləri keçiriləcək. Görüşlər saat 14:00-da başlanacaq.


Azərbaycan çempionatı. 1/4 final mərhələsi

48 kq

Həsən Məlikov (BFL) – Ağasəlim Mustafazadə (“Qızıl əlcək” İK) – ikinci döyüşə gəlməyib

Cahangir Allahverdiyev (“Qızıl əlcək” İK) – Nicat Tağızadə (“Qızıl əlcək” İK) – 0:5

54 kq

Möhsün Həsənzadə (Naxçıvan MR) – Elşən Qəribov (Quba) – 0:5

Namiq Yarəliyev (Qəbələ) – İsa Gəncəliyev (“Qəbələ” İK) – 3:1

Nihat Abdullayev (“Qızıl əlcək” İK) – Əhməd Əhmədov (“Neftçi” İK) – 5:0

Camal Səfərli (Masallı) – Ruslan Qədirov (MOİK) – birinci döyüşə gəlməyib

60 kq

Tayfur Əliyev (Naxçıvan MR) – Bəhrəm Hüseynov (Şirvan) – ikinci döyüşə gəlməyib

Eldəniz Baxşıyev (DGK İK) – Cahandar Ağalarov (Salyan) – birinci tam üstünlüklə qalib gəlib

Fuad Tarverdi (“Qızıl əlcək” İK) – Şamil Əsgərov (“Neftçi” İK) – 0:5

Ramiz Məmmədov (“Neftçi” İK) – Miradam İbrahimov (Biləsuvar) – birinci nokautla qalib gəlib

63,5 kq

Malik Həsənov (“Neftçi” İK) – Rəhman Quliyev (Gəncə) – 5:0

Ağacan Dərgahov (“Qara papaq” İK) – Toğrul Məmmədov (AzTU) – 5:0

Cəlal Qurbanov (“Səbail” İK) – Toğrul Hümbətov (Abşeron) – birinci tam üstünlüklə qalib gəlib

Murad Mirzəbəyov (Qusar) – Kənan Abışov (Sumqayıt) – ikinci nokautla qalib gəlib

80 kq

Orxan Aydəmirli (“Naxçıvan” İK) – İldırım Qədirov (“Neftçi” İK) – 5:0

Fərid Bəylərov (“Qızıl əlcək” İK) – Murad Allahverdiyev (“Neftçi” İK – DİN İK) – ikinci tam üstünlüklə qalib gəlib

Cəbrayıl Yelikov (DGK İK) – Sərxan Budaqov (“Qızıl əlcək” İK) – 5:0

Elşad Şahbazov (“Sərhədçi”) – Kamran Şahsuvarlı (“Qəbələ” İK) – 0:5

92 kq

Rəvan Əliyev (“Neftçi” İK) – Həsən İsmayılov (Ağsu) – birinci tam üstünlüklə qalib gəlib

+92 kq

Məhəmməd Abdullayev (BFL-DGK İK) – Yaqub Nəsirli (Mingəçevir) – ikinci döyüşə gəlməyib

Amil Tahirov (Ağdaş) – Xəqani Abdullayev (Z-1) – ikinci tam üstünlüklə qalib gəlib