Nigar Abdusəlimova beynəlxalq düşərgədə iştirak edəcək

Nigar Abdusəlimova beynəlxalq düşərgədə iştirak edəcək

Azərbaycanın bədii gimnastika üzrə məşqçisi, beynəlxalq dərəcəli hakim Nigar Abdusəlimova beynəlxalq düşərgədə iştirak edəcək.

Mediasport.az xəbər verir ki, oktyabrın 11-14-də keçiriləcək tədbir Kanadanın Monreal şəhərində təşkil olunacaq.

Düşərgədə təkcə gimnastika deyil, həm də rəqs və musiqi sahəsində dünya mütəxəssisləri bir araya gələcək. Buraya İtaliya, Kanada və Ukraynadan da mütəxəssislər cəlb olunacaq.

Qeyd edək ki, tədbir Kanada Gimnastika Federasiyasının himayəsi altında keçiriləcək.