Azərbaycanın bədii gimnastı Universiadada gümüş medal qazandı

Azərbaycanın bədii gimnastı Universiadada gümüş medal qazandı

Azərbaycan Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında daha bir medal qazanıb.

MediaSport.az xəbər verir ki, bədii gimnast Zöhrə Ağamirova halqa ilə hərəkətlərdə uğurlu çıxış edib.

Finalda 31.800 xal toplayan Ağamirova gümüş medal əldə edib.

Qeyd edək ki, Zöhrə Ağamirova lent və gürzlərlə hərəkətdə də finala yüksəlib. Daha əvvəl cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) və Leyla Əliyeva (48 kq) bürünc medal qazanıblar.