94 dəqiqə Musa Qurbanlıya qol vurmaq üçün kifayət etmədi
İsveç Yüksək Liqasında 22-ci turun oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" səfərdə "Norrçöpinq"in qonağı olub.
Musanın 94 dəqiqə meydanda olduğu matç Stokholm klubunun qələbəsilə yekunlaşıb - 2:0.
21 yaşlı forvardın komandası xal ehtiyatını 40-a yüksəldib və 4-cü pillədəki mövqeyini möhkəmlədib.
Qeyd edək ki, Musa ötən tur "Degerfors"la dueldə 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.