UEFA-dan Mahirin klubuna sərt cəza
UEFA Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"suna ağır cəza verib.
mediasport.az xəbər verir ki, buna Xorvatiya klubunun azarkeşlərinin qeyri-etik, kobud, həyati təhlükəli davranışları səbəb olub.
Qərara əsasən, klubun fanatları cari mövsümün sonunadək "Dinamo"nun avrokuboklarda səfər oyunlarına buraxılmayacaqlar.
Xatırladaq ki, avqustun 7-də Yunanıstanın paytaxtı Afinada Çempionlar Liqasının III təsnifat mərhələsinin matçından bir gün öncə yerli AEK və “Dinamo” azarkeşləri arasında kütləvi dava olub, bir nəfər həyatını itirmiş, 200-dən çox insan xəsarət almışdı.
Mahirin komandası avrokuboklarda çıxışını Avropa Liqasının seçmə mərhələsinin pley-off mərhələsində davam etdirəcək.