Reanimasiyaya düşən Vadim Vasilyevin son durumu AÇIQLANIB

Reanimasiyaya düşən Vadim Vasilyevin son durumu AÇIQLANIB

Ötən həftə insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilən Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin son durumu açıqlanıb.

Mediasport.az xəbər verir ki, veteran hücumçunun müalicəsində müsbət dinamika müşahidə olunsa da, ümumi vəziyyəti ağır-stabil olaraq qalır.

Fevralın 11-də xəstəxanaya yerləşdirilən Vasilyevdən toplanan anamnez, həmçinin aparılan intstrumental, laborator müayinələr nəticəsində ona kəskin beyin qan dövranı pozğunluğu, sağ beyin yarımkürəsində işemik insult, hər iki ağciyərlərdə fibrotik dəyişikliklər və plevrit əlamətləri klinik diaqnozu qoyulub.

Eyni zamanda xəstənin qara ciyərində steatoz var, qanda bəzi qara ciyər göstəricilərinin yüksəlməsi qeyd olunur. Xəstənin ilkin və yanaşı diaqnozlarına uyğun müalicəsi aparılır. O, reanimotoloq, nevropatoloqun və pulmonoloqun nəzarətindədir.

Yığmamızın heyətində 1999-2003-cü illərdə 33 oyuna 2 qol vurmuş sabiq forvardın müalicəsi AFFA tərəfindən qarşılanır.

O, karyerası ərzində “Xəzri”, “Bakı Fəhləsi”, “Medita” (Ukrayna), “Metallurq” (Ukrayna), “Neftçi”, "Tavriya" (Ukrayna), “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib.