FİFA-nın Azərbaycanda keçirəcəyi turnirin təqvimi məlum olub

FİFA-nın Azərbaycanda keçirəcəyi turnirin təqvimi məlum olub

Bakıda baş tutacaq "FİFA series" turnirinin vaxtı məlum olub.

Mediasport.az xəbər verir ki, yarış martın 22-də start götürəcək.

Azərbaycan milli komandası həmin gün Monqolustanla, Bolqarıstan yığması Tanzaniya ilə qarşılaşacaq.

Yığmamız 3 gün sonra Bolqarıstan, Tanzaniya isə Monqolustanı sınağa çəkəcək.

Xatırladaq ki, "FİFA series" dünya futbol təşkilatı FİFA-nın yeni layihəsidir.

Miniturnir təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə təşkil olunacaq və orada fərqli konfederasiyalardan A milli komandalar mübarizə aparacaqlar.