1-ci Liqada pley-off: "Cəbrayıl" "Araz Saatlı"nı məğlub etdi

1-ci Liqada pley-off: "Cəbrayıl" "Araz Saatlı"nı məğlub etdi

Bu gün yeni mövsümdə futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk oyunu keçirilib.

Mediasport.az xəbər verir ki, geridə qalan mövsüm 1-ci Liqada sonuncu - 10-cu yeri tutmuş "Araz Saatlı" ilə 2-ci Liqada 2-ci olmuş "Cəbrayıl" qarşılaşıb.

İnamlı oyun sərgiləyən Cavid Hüseynovun komandası çətin səfər öncəsi üstünlük əldə edib.

Cavab matçı 1 həftə sonra Saatlıda baş tutacaq.


Azərbaycan 1-ci Liqası. Pley-off. İlk oyun


"Cəbrayıl" - "Araz Saatlı" 2:0

Qollar: Tapdıq Əhmədov, 39, Elşad Əliyev, 61.

Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Eyyub İbrahimov, Rauf Allahverdiyev

VAR: Nicat İsmayıllı

AVAR: Rəhman İmami

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Elgiz Abbasov

“ASCO Arena”