AFFA erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

 AFFA erməni təxribatı ilə bağlı UEFA-ya müraciət edəcək

AFFA AÇ-2024-ün İrəvanda baş tutan Ermənistan - Xorvatiya qarşılaşmasında meydan sahiblərinin törətdiyi təxribatla əlaqədar UEFA-ya müraciət edəcək.

Bu barədə Mediasport.az saytına açıqlamasında federasiyanın mətbuat katibi Elnur Məmmədli bildirib.

Qeyd edək ki, ermənilər sözügedən oyunda dronla qondarma rejimin "bayrağı"nı qaldırıblar.

Görüş Xorvatiya millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.