AFFA İntizam Komitəsi "Sumqayıt"ın üzvünü diskvalifikasiya etdi

AFFA İntizam Komitəsi "Sumqayıt"ın üzvünü diskvalifikasiya etdi

“Sumqayıt”ın futbolçusu Vüqar Mustafayevin cəzası açıqlanıb.

mediasport.az xəbər verir ki, AFFA İntizam Komitəsi yarımmüdafiəçini 2 oyunluq diskvalifikasiya edib.

Buna səbəb Mustafayevin Premyer Liqanın XXVIII turunda “Turan Tovuz”la oyunda ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alması olub. “Gənclik şəhəri” 1600 manat da cərimə ödəməli olacaq.