“Mançester Siti”, “Liverpul” və "Çelsi"nin futbolçuları Bakıda!

“Mançester Siti”, “Liverpul” və "Çelsi"nin futbolçuları Bakıda!

AVRO-2025-in F qrupunda mübarizə aparan Azərbaycanın U-21 yığmasının rəqiblərindən İngiltərənin millimiz və Lüksemburqla seçmə mərhələ matçları üçün heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, son Avropa çempionlarının baş məşqçi Li Karsli 24 futbolçuya dəvət göndərib.

Ölkəmizə səfər edəcək oyunçular arasında “Mançester Siti”, “Liverpul”, “Çelsi”, “Mançester Yunayted” və “Yuventus” kimi nəhəng klubların üzvləri də yer alacaqlar.

Qapıçılar: Mettyu Kox (“Bristol Rovers”), Sem Tikl (“Uiqan”), Ceyms Trefford (“Börnli”);

Müdafiəçilər: Çarli Kressuell (“Lids”), Kallum Doyl (“Lester”), Teylor Harvud-Bellis (“Sauthempton”), Riko Lyuis (“Mançester Siti”), Teden Mengi (“Luton”), Jarell Kuansa (“Liverpul”), Bruk Norton-Kaffi (“Milluoll”), Natan Vud (“Suonsi”);

Yarımmüdafiəçilər: Karni Çukvuemeka (“Çelsi”), Harvi Elliott (“Liverpul”), Kobbi Mayno (“Mançester Yunayted”), Ceyms Makati (“Şeffild Yunayted”), Tayler Morton (“Hall Siti”), Arçi Qrey (“Lids”), Aleks Skott (“Bornmut”);

Hücumçular: Ceymi Binoe-Gittens (“Borussiya”, Dortmund), Cey Stansfild (“Birmingem”), Sem İlinq-Junior (“Yuventus”), Noni Madueke (“Çelsi”), Caden Filogene (“Hall Siti”), Morqan Rojer (“Aston Villa”).

Britaniyalılar martın 22-də Bakıda Azərbaycan millisinin qonağı olacaqlar, dörd gün sonra Boltonda Lüksemburqu qəbul edəcəklər.

Qeyd edək ki, komandamız F qrupunda 4 oyundan sonra 3 xalla sonuncu pillədə qərarlaşıb. Futbolçularımız səfərdə Ukrayna və Serbiyaya müvafiq olaraq 0:1 və 0:2 hesabları ilə uduzublar.

Bakıda Lüksemburqa qalib gələn (3:2) U-21 digər ev görüşündə Şimali İrlandiyaya məğlub olub - 1:2.

Millimizlə eyni xala malik Lüksemburq və Şimali İrlandiya turnir cədvəlində daha yaxşı göstəricilərə görə 4-5-ci yerləri bölüşdürürlər.

Ukrayna 5 qələbə ilə qrupda birinci yerdə dayanırsa, aktivində 5 matça 12 xalı olan İngiltərə 2-ci sırada yer alır.

Qrup üçüncüsü Serbiyanın hesabında 9 xal var.