AFFA və AGİN-dən "Qarabağ"a dəstək
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Bakıda "Olimpiya"nı qəbul edir.
Mediasport.az saytının Tofiq Bəhramov adına Respublika stadionunda olan əməkdaşı xəbər verir ki, Sloveniya klubu ilə qarşılaşmaya maraq böyükdür.
Arenada çoxsaylı azarkeşlərlə yanaşı, tanınmışlar da gözə dəyirlər.
Onlar arasında gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, AFFA-nın baş katibi Sərxan Hacıyev da var.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov rəsmi qonaqlara yaxınlaşaraq ayaqüstü söhbət edib.
Matç saat 20:00-da başlanacaq. İlk oyun təmsilçimizin xeyrinə başa çatıb - 2:0.