AFFA və UEFA-nın Bakıda keçirdiyi minifutbol turnirinə yekun vurulub
AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə “Playmakers” layihəsinə qoşulan mərkəzlər arasında minifutbol turniri keçirilib.
Mediasport.az xəbər verir ki, yarışda 5-8 yaşlı qızlar iştirak ediblər.
Layihənin təşkilində əsas məqsəd sağlam həyat tərzinin təbliği, qızların erkən yaşdan futbola başlamaları və istedadlı futbolçuları ölkəmizdə fəaliyyət göstərən qızlardan ibarət komandalara cəlb etməkdir.