AMADA qadın boksçular üçün antidopinq seminarı təşkil edib

AMADA qadın boksçular üçün antidopinq seminarı təşkil edib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Boks Federasiyasının qadın idmançıları üçün antidopinq maarifləndirmə seminarı təşkil edilib.

Mediasport.az xəbər verir ki, tədbirdə antidopinq sisteminin əhəmiyyəti, antidopinq qayda pozuntuları və dopinq nəzarəti prosesi izah olunub.

Həmçinin, Qadağan edilmiş siyahı və Terapevtik İstifadə üçün İstisnalar kimi önəmli antidopinq mövzuları barədə fikir mübadiləsi aparılıb.