AFFA-nın qərarı: "Qarabağ" 1000, "Neftçi" 1500 manat ödəyəcək

AFFA-nın qərarı: "Qarabağ" 1000, "Neftçi" 1500 manat ödəyəcək

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, 2-ci Liqanın 19-cu turunda və Azərbaycan Kubokunun yarımfinal mərhələsində qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar verilib.

01.04.2024-cü il tarixində 2-ci Liqada 19-cu turun "Sheki City" - "Şəmkir" oyununun 59-cu dəqiqəsində "Şəmkir" klubunun 12 nömrəli futbolçusu Novruz Rəhimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "Şəmkir" klubu 80 manat cərimə edilir (maddə 41);

02.04.2024-cü il tarixində 2-ci Liqada 19-cu turun "Qusar" - "Kür-Araz" oyununda "Qusar" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Qusar" klubu 70 manat cərimə edilir (maddə 37);

02.04.2024-cü il tarixində 2-ci Liqada 19-cu turun "Şəfa" - "Kürmük Qax" oyununun 41-ci dəqiqəsində "Kürmük Qax" klubunun 7 nömrəli futbolçusu Qafar Qafarov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, "Kürmük Qax" klubu 80 manat cərimə edilir (maddə 41);

02.04.2024-cü il tarixində 2-ci Liqada 19-cu turun "Şəfa" - "Kürmük Qax" oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Şəfa" klubu 80 manat cərimə edilir (maddə 51.2).

01.04.2024-cü il tarixində 2-ci Liqada 19-cu turun "Baku Sportinq" - "Füzuli" oyununda "Füzuli" klubu PFL-in elektron bazasında matçın ilkin protokolunu təyin edilmiş vaxtdan gec təsdiq etdiyinə görə "Füzuli" klubu 100 manat cərimə edilir (maddə 91);

01.04.2024-cü il tarixində 2-ci Liqada 19-cu turun "Ağdaş" - "Göygöl" oyununda "Ağdaş" klubu PFL-in elektron bazasında matçın ilkin protokolunu təyin edilmiş vaxtdan gec təsdiq etdiyinə görə "Ağdaş" klubu 100 manat cərimə edilir (maddə 91).

02.04.2024-cü il tarixində Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu "Neftçi" - "Qarabağ" görüşündə "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Neftçi" klubu 700 manat cərimə edilir (maddə 37);

02.04.2024-cü il tarixində Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu "Neftçi" - "Qarabağ" görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Neftçi" klubu 800 manat cərimə edilir (maddə 51.2);

02.04.2024-cü il tarixində Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu "Neftçi" - "Qarabağ" görüşündə "Qarabağ" azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları təhqir etdiyinə görə "Qarabağ" klubu 1000 manat cərimə edilir (maddə 43.7).