DÇ-lərin final mərhələlərində ən çox qol vuranlar kimlərdir? - SİYAHI
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bir neçə gündən sonra start götürəcək DÇ-2022 ərəfəsində indiyə qədər keçirilmiş mundialların final mərhələlərində ümumilikdə ən çox qol vurmuş futbolçuların siyahısını dərc edib.
mediasport.az xəbər verir ki, sıralamaya 16 qolla Almaniya milli komandasının keçmiş hücumçusu Miroslav Kloze başçılıq edir.
23 nəfərlik siyahıda yer alan futbolçular arasında yalnız 1 nəfər karyerasını davam etdirir ki, o da almaniyalıdır. Bundestimin üzvü Tomas Müllerin aktivində 10 qol var.
DÇ-lərin final mərhələlərində ən çox qol vurmuş futbolçular
1.Miroslav Kloze (Almaniya) - 16 qol
2.Ronaldo (Braziliya) - 15
3.Herd Müller (Almaniya) – 14
4.Jüst Fonten (Fransa) - 13
5.Pele (Braziliya) - 12
6.Şandor Koçiş (Macarıstan) - 11
7.Yürgen Klinsmann (Almaniya) - 11
8.Helmut Ran (Almaniya) – 10
9-10.Hari Lineker (İngiltərə) - 10
Qabriel Batistuta (Argentina) – 10
11.Teofilo Kubillas (Peru) - 10
12.Tomas Müller (Almaniya) - 10
13.Qjeqoj Lyato (Polşa) - 10
14-15.Ademir (Braziliya) - 9
Eysebio (Portuqaliya) - 9
16.Kristian Vyeri (İtaliya) - 9
17.Vava (Braziliya) - 9
18.David Vilya (İspaniya) - 9
19.Paolo Rossi (İtaliya) - 9
20-21.Jairzinyo (Braziliya) - 9
Roberto Baco (İtaliya) - 9
22.Karl-Hayns Rummenigge (Almaniya) – 9
23.Uve Zeeler (Almaniya) – 9