Futbolçular dünyasını dəyişən klub rəhbərini yad etdilər: "Bu gün də, sabah da, daim bizimlə olacaqsan"
"Ağdaş" Azərbaycan 2-ci Liqasının 2-ci turunda səfərdə "Şimal"a böyükhesabla uduzub (0:8).
Mediasport.az xəbər verir ki, qonaq komanda meydana bu ilin yayında çayda boğulan klub rəhbəri Rəhman Əliyev haqda pankartla çıxıblar.
Pankartda, "Bu gün də, sabah da, daim bizimlə olacaqsan, Rəhman!" cümləsi yer alıb.
Xatırladaq ki, Rəhman Əliyev çaya düşən dayısı oğluna - 1990-cı il təvəllüdlü Rəhman Cəfər oğlu Əliyevə kömək etmək istəyərkən boğularaq ölüb.