Almaniya klubu azərbaycanlı azarkeşlər üçün 1800 bilet ayırıb

Almaniya klubu azərbaycanlı azarkeşlər üçün 1800 bilet ayırıb

Bu həftə UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində Almaniyada "Bayer"lə qarşılaşacaq "Qarabağ" azarkeşləri üçün ayrılan bilet sayı açıqlanıb.

Mediasport.az saytına Ağdam klubundan verilən məlumata görə, xəbər verir ki, Leverkuzen təmsilçisi Azərbaycan çempionunu dəstəkləmək istəyənlər üçün 1800 yer ayırıb.

Klub rəsmisi səfər tribunası biletlərinin görüşdən iki saat əvvəl satışa çıxarılacağını bildirib.

Qeyd edək ki, matç martın 14-də, Bakı vaxtilə saat 00:00-da başlanacaq.

Bakıdakı duel 2:2 2:2 hesabı ilə yekunlaşıb.